AZ

Millimiz Avropa kubokunda mübarizəyə başlayır

Bu gün basketbolun 3x3 növü üzrə Avropa kuboku start götürür.

İdman.biz xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan yarışın ilk günündə Azərbaycanın qadın basketbolçuları da mübarizəyə başlayacaq.

Yığmamız qrup mərhələsində iki oyun keçirəcək. Öncə İspaniya ilə qarşılaşacaq millimiz ardınca meydan sahibləri Avstriya ilə üz-üzə gələcək.

Avropa kuboku
Qrup mərhələsi
22 avqust

15:40. Azərbaycan – İspaniya
19:15. Azərbaycan – Avstriya

Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.

İdman.biz

Seçilən
64
2
idman.biz

6Mənbələr