AZ

Sabah 40 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitininyağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüzmülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° olacaq. Atmosfertəzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağışyağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıqrayonlarda zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 35-38°, bəzi yerlərdə40°-dək, dağlarda gecə 13-18°, gündüz 22-27° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
49
az.trend.az

10Mənbələr