AZ

"Kişilikdən dərs keçəcək ən axırıncı adamsan" - FOTO

Müğənni Ayan Babakişiyeva bir zamanlar Rusiyada limon sataraq sosial şəbəkədə məşhurlaşan Əli adlı gənc Bakının mərkəzində Minni Maus (Mikki Maus cizgi filmində Mikkinin qız dostu) personajı geyimində animatoqluq edən həmyaşıdını qız yox oğlan olmasını ifşa etməsi videosuna sərt şəkildə reaksiya bildirib.

Musavat.com olay-a istinadən bildirir ki, sənətçi instaqram səhifəsində həmin hadisənin görüntülərini yayımlaraq gəncin bu hərəkətini pisləyib.

"İndi video çıxdı qarşıma. İlk dəfədir ki, elə ilk dəfədən reaksiya verirəm. Niyə? Çünki bu videonu görən kimi əsəb keçirdim. Durub deməsin ki, bu "Limonka" satan zarafat elədim. Bax ay bala sən elə ən axırıncı adam olasan ki, bu oğlana kişilikdən dərs keçəsən. Səninlə olunan zarafatları deyəsən unutmusan... Qaldı ki, kimin necə pul qazandığına... İçi mən daxil əlindən bir şey gəlmirsə, otur yerində. Bu özünü güya kim hesab edir? O başlığı çıxarasan ki, bu kişi işi deyil? Ümumiyyətlə işin nə olduğunu biləndə hərəkət edərsən. İndi get topunu oyna", - deyə Ayan vurğulayıb. 

Qeyd edək ki, bir neçə il əvvəl  Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlıə bloger və iş adamı Hüseyn Həsənov limon satan Əlini taparaq ona nağd şəkildə 25 min manat bəxşiş vermişdi. Beləcə ağır və çətin vəziyyətdə olan həmin gəncə Hüseyn yardım etmişdir. 

Seçilən
73
9
musavat.com

9Mənbələr