AZ

2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi olacaq

"Azərbaycan Qarabağın döyüş meydanında Ermənistana qalib gəlib, lakin erməni ideologiyası, kilsəsi, diasporası bütün dünyada əleyhimizə daha amansız iş aparır. Bütün millətlərdən fərqli olaraq, ermənilər qalib gələndə deyil, məğlub olanda güclənirlər. İlham Əliyevin qarşıdakı 20 illik prezidentlik dövrü  “azərbaycanlı köçkün” terminini tarixə qovuşdurmaq və rifah dövlətinə çevrilmək təşkil edəcəkdir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

 

O qeyd edib ki, qayıdışa xərclənən və Xankəndi daxil, bir vaxtlar ermənilərin istismarında olan resursların Azərbaycan iqtisadi dövriyyəsinə qaytarılması təkcə ÜDM-i deyil, bütün vətəndaşlarımızın qaçqınlıq və köçkünlükdən qalan ağır humanitar, mənəvi mirasın da aradan qalxmasına, əmək, mədəniyyət və ictimai münasibətlərimizi də təzələməlidir.

 

"Bizə görə, 2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi və təkcə Zəngəzur və İran üzərindən deyil, bütün kommunikasiyaların açılması olacaqdır”,- deyə komitə sədri vurğulayıb.

Seçilən
1002
1
modern.az

10Mənbələr