Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.
Ednews xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,8 % artaraq 1 002,8 manata çatıb.