AZ

"Yuventus"dan yeni TRANSFER

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Turin təmsilçisi “Cenoa”dan Kristos Papadopulosu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yunanıstanlı yarımmüdafiəçi mövsümün sonunadək “Yuventus”da çıxış edəcək.

Qeyd edək ki, Papadopulos ötən mövsüm gənclər arasında İtaliya çempionatında 25 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizim.Media

Seçilən
41
3
bizim.media

4Mənbələr