AZ

"Turan Tovuz" "Neftçi"dən ayrılan futbolçunu transfer etdi

"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb.


Qaynarinfo xəbər verir ki, qərb təmsilçisi "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.


Qeyd edək ki, F.Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib.


O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.



Seçilən
43
7
qaynarinfo.az

10Mənbələr