AZ

“Stansiyaların bir çoxunun yenidən yüklənməsi gözlənilir” - QURUM RƏSMİSİ DANIŞDI

" "28 May" və "Elmlər Akademiyası", hətta onlardan da çox sərnişin daşıyan stansiya "Koroğlu"dur. Həmçinin "Gənclik, "20 Yanvar" stansiyaları da sərnişinin sıxlıq təşkil etdiyi stansiyalar sırasında yer tutur. Hazırda Bakı Metropolitenində yeni tədris mövsümünün başlaması ilə bağlı monitorinqlər davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yay dövrünün özünəməxsus xüsusiyyəti olaraq insanlar istirahətə daha çox üstünlük verirlər: "Yeni tədris mövsümündə isə sənaye-istehsalat, iaşə müəssisələrinin fəaliyyəti də diqqətdə saxlanılacaq. Bütün bunlarla bağlı ümumiləşdirilmiş sistemdə Bakı Metropolitenində təkcə qatarların hərəkəti deyil, eyni zamanda sərnişin axını və onun istiqamətləri də xüsusi olaraq öyrəniləcək. Buna uyğun olaraq da tənzimlənmə mexanizmləri tətbiq olunacaq.

Qatarlarla bağlı birmənalı şəkildə demək olar ki, qatarların hərəkət qrafikində ötən tədris mövsümündə metropolitenin texniki cəhətdən mümkün olan ən optimal sıx hərəkət qrafiki və mümkün ən minimal intervallar tətbiq olunurdu. Bu ilki mövsümdə də bu məsələlərə xüsusi diqqət ayrılacaq. Hazırda monitorinqlər davam edir və buna uyğun olaraq ictimaiyyətə tədris mövsümü ərəfəsində məlumat veriləcək.

Ən vacib məsələlərdən biri hər bir stansiya üzrə qeyd olunan monitorinqlərin nəticəsinə uyğun olaraq ilkin tənzimlənmə tədbirlərinin görülməsidir. Qeyd edilən stansiyaların bir çoxunun yenidən yüklənməsi gözlənilir. Bununla bağlı olaraq da müvafiq tədbirlər görüləcək, iş rejimi ilə bağlı qərarlar veriləcək".

Seçilən
113
1
sesqazeti.az

2Mənbələr