AZ

"Zirə" Kiprdə 6 cavabsız qol buraxdı - Konfrans Liqası

"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb.

Prosport.Az xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qolları 14-cü dəqiqədə Amin Xammas, 34 və 70-ci dəqiqələrdə Vili Semedo, 45+1 və 54-cü dəqiqələrdə Mariuş Stepinski, 60-cı dəqiqədə Evandro vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Seçilən
62
9
prosport.az

10Mənbələr