1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Əməkdar artist Kübra Əliyeva səhhəti ilə bağlı açıqlama verib.
Aktrisa "Qaynarinfo"ya bildirib ki, bir müddət əvvəl yol gedərkən yıxılıb və xəsarət alıb:
"Yıxıldım, qolum altımda qaldı. O gündən qolumda belə qaralma yaranıb. Həkimə getdim, qolum müayinə edildi, amma keçmədi. İndi də qolum masaj olunur. Sabah da yenidən həkimə getməliyəm. Qollarım ağrıyır, hərəkət etdirə bilmirəm".