Latviya Respublikası Ukraynaya 1400 ədəd həcmində pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasını göndərəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Beləliklə, Müdafiə Nazirliyi Latviya sənayesindən Ukraynaya 2700-dən çox pilotsuz uçuş aparatının tədarükü üçün satınalmaları başa çatdırıb”, - deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, Latviya müxtəlif tapşırıqları yerinə yetirmək və müxtəlif döyüş xüsusiyyətlərinə malik ümumilikdə 3 min pilotsuz uçuş aparatını Ukraynaya təhvil verib.
Sadiq Cavadov