14-22 avqust 2024-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI) baş tutub. Sözügedən müsabiqədə Azərbaycan məktəblilərimiz tərəfindən uğurla təmsil olunub.
"Unikal" xəbər verir ki, Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı şəhəri, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.
Yeniyetmələrin Avropa İnformatika Olimpiadasına 2017-ci ildən etibarən qatılan məktəblilərimiz bu müsabiqədə ümumilikdə 4 gümüş və 8 bürünc medal qazanmağa müvəffəq olublar.
Qeyd edək ki, 7 ildən çoxdur ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində əldə etdiyi ümumi medal sayını 77-yə çatdırıb.