AZ

"Liverpul" Teun Kopmeynerslə maraqlanır

"Atalanta"nın yarımmüdafiəçisi Teun Kopmeyners "Liverpul"un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, hollandiyalı futbolçu “Yuventus”la şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırıb, lakin buna baxmayaraq, mersisaydlılar transferi reallaşdırmaq üçün Berqamo təmsilçisinə təklif göndərib.

Ötən mövsüm Kopmeyners bütün yarışlarda 51 matçda iştirak edib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Ümumilikdə yarımmüdafiəçi meydanda 3924 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
11
90deqiqe.az

10Mənbələr