AZ

“Barselona”da ciddi itki

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Danimarkalı futbolçu daban vətərindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisinin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
57
8
bizim.media

10Mənbələr