AZ

Zelenski Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü ölkə parlamenti tərəfindən qəbul edilmiş Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Ali Radanın saytında dərc olunub.
Qanunda deyilir ki, Ukrayna BCM-in qüvvəyə mindikdən sonra yeddi il ərzində hərbi cinayətlərə görə öz vətəndaşları üzərində yurisdiksiyasını tanımayacaq.
Qeyd edək ki, BCM 1998-ci il Roma Statutunun əsasında yaradılıb. Beynəlxalq müqavilədə 123 ölkə iştirak edir. Məhkəmə Haaqada yerləşir, lakin istintaqların davam etdiyi ölkələrdə filialları açılıb.
Ukrayna 2000-ci il yanvarın 20-də Roma Statutunu imzalasa da, 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya sazişinin şərtlərinə əsasən, bunu etməyə borclu olsa da, onu heç vaxt ratifikasiya etməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
1
oxu.az

10Mənbələr