AZ

Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb

Azərbaycanın

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurla çıxış edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan tennisçi təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

1/16 finalda fransalı, 1/8 finalda bolqarıstanlı, 1/4 finalda digər fransalı rəqibinə qalib gələn idmançı yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya təmsilçisini üstələyərək yarışın bürünc medalına layiq görülüb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.

Seçilən
39
14
azertag.az

10Mənbələr