AZ

Elgiz Əkbər: Kişilər evlənməkdən qorxur


"Evlilik proqramında 5-6 nəfəri evləndirməklə guya nə dəyişəcək ki? Evlənməkçün gərək bəy əfəndilər birinci addım ata. Onlar da bunu etmirlər. Sizcə niyə? Çünki ətrafda o qədər çirlinliklər baş verir ki...Bəylər evlənməkdən qorxurlar".

Bunu Referans.az-a açıqlamasında məşhur aparıcı Elgiz Əkbər son illər Azərbaycanda evlənənlərin sayının azalması mövzusunda danışarkən bildirib.

Aparıcı sözlərinə belə aydınlıq gətirib:

"Evlənmək yaşı çatan istənilən bəydən soruşsanız ki, niyə evlənmirsən? Sualın cavabı bu olur ki, normal qız tapa bilmirəm. Bir- iki uşaqla boşanmış qadınların "özüm ayaq üstə dayanıram", "aliment alıb yaşayacam" deyə düşünməsi sosial şəbəkələrdə o qədər dəb halını alıb ki, yatmış kişiləri də oyadırlar ki, belə təhlükə var. Camaat ona görə əvvəllər gedib qohum- əqrabasından evlənməyə üstünlük verirdi, indi yeni qərarla qohumların evliliklərinə də stop qoydular. Amma, hesab edirəm ki, bu çox düzgün qərar idi".

"Azərbaycan günü-gündən abadlaşır. İstirahət etmək üçün yeni parklar salınır, binalar tikilir. Amma, bu yerlərdə gəzmək, yaşamaq üçün adamlar da lazımdır axı. Biz evlənmək məsələlərinə çox ciddi yanaşmalıyıq. Bunu fikirləşmək lazımdır. Evlənən insanların boşanması da ayrı dərddir",- deyə o sözlərinə əlavə edib.

Elgiz Əkbər evlilik verilişlərinin yenidən efirlərə, gündəmə gətirilməsini istəmədiyini açıqlayıb:

"Çünki çox yoruldum. Bir layihə edirsən, başqaları da onu edirlər, təkrarlayırlar. Eyni verilişlərin olması çox məsələləri ortaya çıxarır. Mən buna nöqtə qoymuşam. Yəqin ki, belə səpkidə veriliş aparmayacam. Bir qrup insanlar oldu ki, evlilik verilişlərini pis qarşıladılar. Mentalitetə əks olduğunu dedilər, yaşlı qadınların evlənməkçün proqrama gəlməyini qınadılar. Mən ictimaiyyətlə razılaşan biriyəm. Böyük qrup əgər deyirsə ki, lazım deyil, deməli lazım deyil. Durub camaatla dava eliyəsi deyiləm ki? 10 il əvvəl olsaydı, nələrsə edərdim, artıq halım yoxdur".

Şəlalə Babayeva  

Seçilən
145
7
referans.az

7Mənbələr