WBA, WBO, WBC və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu olan peşəkar boksçu Aleksandr Usik Azərbaycandan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, bunu ukraynalı döyüşcü özü açıqlayıb.
37 yaşlı idmançının sözlərinə görə, Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən vətəndaşlığını dəyişmək təklifi alıb: “Rusiya bunu mənə təklif etmişdi. Türkiyə tərəfi də bunu nəzərdən keçirirdi. Həmçinin Azərbaycan və İrlandiyadan analoji təklif aldım. Amma bu variantların heç birini nəzərə almadım. Çünki pulla maraqlanmadım”.
Qeyd edək ki, Aleksandr Usik London-2012 Yay Olimpiya Oyunlarının qalibi olub.