Rusiya ardıcıl ikinci gündür ki, səhər saatlarında Ukraynaya zərbələr endirir. Krivoy Roqda bir neçə evə və infrastruktura ziyan dəyib, ölənlər olub. Kiyev vilayətində hava hücumundan müdafiə əməliyyatları və bir sıra digər bölgələrdə partlayışlar olduğu bildirilir.
Herbiand.az xəbər verir ki, Ukrayna Teleqram kanalları ölkənin hava məkanına cənub və şimal-şərqdən daxil olan və əsasən qərb rayonları istiqamətində uçan raketlər barədə məlumat yayıb.
Avqustun 27-nə keçən gecə Rusiya ordusu ardıcıl ikinci səhər Ukraynanı kütləvi raket və dron hücumuna məruz qoyub. Ukrayna Hərbi Hava Qüvvələri xəbərdarlıq edib ki, bir neçə Tu-95MS strateji bombardmançı Rusiyanın Engels şəhərindəki aviabazadan havaya qalxıb. Dnepropetrovsk vilayətindəki Krivoy Roqa ballistik raketlə, eləcə də Ukraynanın qərbinə üç hipersəsli “Kinjal” raketi ilə zərbələr endirilib.
Bundan əlavə, Ukrayna Hərbi Hava Qüvvələri Xerson, Kirovoqrad, Çerkassı, Sumi, Poltava, Çerniqov və Jitomir vilayətləri üzərində pilotsuz uçuş aparatları barədə xəbərdarlıq edib.
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti bildirib ki, Rusiyanın Krivoy Roqda mərkəzi otelə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb, daha iki nəfər dağıntılar altında qala bilər. Hücum zamanı 6 mağaza, 4 yaşayış binası və səkkiz avtomobilə ziyan dəyib.