Hər bir insanın daha yaxşı geyinmək, yaşamaq, gəzmək haqqı var. Bu vacib hesab olunan amillərə zəhmətinlə, əməyinlə çatsan daha şərafətli və qürurverici olar. Təəssüflər olsun ki, elə insanlar var ki, onlar asan yolla möcüzələr adasına səyahət etməyə, böyük malikanələrə, bahalı avtomobillərə sahib olmağa can atırlar. Təbii ki, “sehirli çubuq” belə arzuedilən bu cür yaşayışı təmin etməkdə acizdir. Gerizəkalı insan toplumu isə reallığı qəbul etmək istəmir və xəyallar aləmində qaldıqlarından hay-küy salırlar. Hətta hay-küylərinin geniş ictimaiyyətə çatdırılması üçün bəzən sosial şəbəkələrə çıxıb cəmiyyəti təhqir edir, dövlətə qarşı ittihamlar irəli sürürlər. Bu halda boşboğazlıq edən şəxsə qarşı hüquqi addımlar atılanda mərəkə qopur. Hətta yerli və xarici qüvvələr bir araya gəlib boşboğazlığının qurbanı olan məxluğu himayə etməyə cəhd edirlər. Anlamaq istəmirlər ki, cəmiyyətə hörmətsizlik, dövlətə qarşı qərəzli yanaşma inzibati və cinayət məsuliyyəti yarada bilər. Qanundan heç kim qaça bilməz. Səbəbsiz yerə deyilməyib ki, “qanun şahdır, şah qanun deyil”. Kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabər hüquqa malikdir. Gerizəkalı məxluqlar isə qanunların aliliyini tanımaq istəmirlər. Çünki anlamazdılar, həm də müəyyən şəbəkənin təsiri altındadılar. Fikir verilsə aydın olar ki, xaricdəki antimilli ünsürlərin böyük hissəsi qanunları bilmədiklərindən və xarici qüvvələrin təsiri altında olduqlarından tora düşüblər. Düzdür, elələri var ki, yuxarıda qeyd etdiyim kimi, daha gözəl, möcüzəli həyat yaşamaq üçün xaricə üz tutublar. Elə ünsürlər də var ki, onlar Azərbaycanda yaşadıqları zaman cinayət törədiblər və cəzalarını alıblar. Lakin cəzanın ədalətsiz olduğunu iddia edərək xaricə üz tutub, oradan xalqını sevən, dövlətinə bağlı vətənpərvər oğullara qarşı təhqiredici fikirlər səsləndirir, videolar paylaşırlar. Nədən? Haqlı və əsaslı sualdır. Azərbaycanda doğulasan, özünü azərbaycanlı hesab edəsən, ancaq xaricə üz tutan kimi ermənidən betər erməni olasan? Burada səbəb heç də Azərbaycanda yaşadığı zaman üzləşdiyi hansısa xoşagəlməz hadisə deyil. İnzibati tənbeh olunması da Avropada və ABŞ-da oturub ölkəmizə qarşı ittihamlar irəli sürülməsi üçün əsas deyil. Başlıca səbəb, xaricə gedərkən xəyalında qurduqlarının sabun köpüyündən başqa bir şey olmadığını görməsi, lakin geri qayıtmağa üzünün olmamasıdır. Bundan istifadə edən Avropanın və ABŞ-ın məkrli dairələri onları öz qara torlarına salıb, istifadə edirlər. İlk vaxtlar onlara aylıq böyük məbləğdə pul-para, gözəl yaşayış və oturum izni vədləri verilib. Vaxt keçdikcə vədlərdən imtina edilib. Çünki antimilli ünsürlər tam şəkildə çirkabın içinə batıb, özlərini natəmiz məxluqa çevirmişlər.
Əfqan Muxtarlı Trol Sadıqlının iç üzünü açdı: “Ola bilsin ki, dinini də dəyişib, olub xristian”
Hazırda elə antimilli ünsürlər var ki, onlar ancaq oturum iznindən başqa heç nə ala bilmirlər. Yəni, teleyin ümidinə buraxılıblar. Ona görə də, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Vidadi İsgəndərli, Orduxan Temirxan və digərləri yaşayışlarından ciddi şəkildə narazılıqlarını ifadə edirlər. Hətta ehtiyat etməsələr xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqdan imtina etdiklərini bildirərlər. Digərlərindən fərqli olaraq Trol Sadıqlı, Arif Məmmədov və Sevinc Osmanqızı xarici agentura şəbəkəsi ilə yollarını ayırmaq fikrində olmadıqlarını nümayiş etdirirlər. Bu da onların xarici kəşfiyyat orqanlarından hələ ki, müəyyən qədər yardımlar aldıqlarını göstərir. Trol Sadıqlının Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı bütün günü ittihamedici videolar paylaşması və təhqir xarakterli fikirlərlə ulaması onu təsdiq edir ki, ünsürün maddi və mənəvi təminatında problem yoxdur. Yəni işləri arzu etdiyi formada gedir. Aldığı pul-para hesabına Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Demək olar ki, Azərbaycanda elə bir deputatlığa namizəd yoxdur ki, T.Sadıqlı onun haqqında təhqiramiz ifadə səsləndirməsin, ittihamlar irəli sürməsin. Bu baxımdan onun adı üstündədir- “ulayan məxluq”. Zaman-zaman bu “ulayan məxluq” haqqında ətrafı, hətta yaxın dostları belə şok faktlar açıqlayıblar. Bir qədər əvvəl mühacir həyatı yaşayan Məhəmməd Mirzəli onu “dələduz”,”fırlaqçı” adlandırmışdır. Bildirmişdir ki, mühacir qrup üzvlərinə ayrılan maliyyə vəsaitlərini T. Sadıqlı müxtəlif şəxslər və yollarla mənimsəyir. Müsavat partiyasının mühacir üzvü Əfqan Muxtarlı isə Trol Sadıqlı barəsində daha ciddi və əsaslı ittihamlarla çıxış edir. Ə.Muxtarlının bu dəfə deməsinə görə, Trol Sadıqlı tez-tez kilsəyə gedir: “ Mənə bu barədə deyiləndə inanmadım. Lakin ötən həftənin ikinci günü mənə T.Sadıqlının kilsəyə girib, orada 30 dəqiqəyə yaxın qalmasını və daha sonra oradan çıxıb, yan-yörəsinə baxa-baxa uzaqlaşmasını əks etdirən video təqdim edəndə təəccübləndim”. Ə. Muxtarlı iddia edir ki, T.Sadıqlı kilsəyə getməklə oranın keşişindən müəyyən məsləhətlər alır: “Ola bilsin ki, dinini də dəyişib, olub xristian”.
Kifayət qədər ciddi ittihamlar olsa da, hər halda düşündürücüdür. Ən azı ona görə ki, müsəlman olaraq xaricə qaçan T.Sadıqlı necə ola bilər ki, kilsəyə gedib gəlir? Oturum izni almaq üçün Azərbaycanın maraqlarına ləkə atmağa çalışan T.Sadılının satılması haradasa anlaşılandır. Ancaq Ə.Muxtarlının qeyd etdiyi kimi, kilsəyə üz tutması başa düşülən deyil. Bu, artıq nanəcəblikdir, dininə, əqidəsinə, xalqına xəyanətdir. Bununla belə T.Sadıqlının əməlində qeyri-adi heç nə yoxdur. Çünki bu məxluqun umacı xəyanətdən, satqınlıqdan yoğrulub. Ona görə də, ondan hər cür yaramazlıq və satqınlıq gözləmək olar. Ümumiyyətlə, xaricdə müxtəlif şəxslərin və ya qurumların qoltuğuna sığınan antimilli ünsürlər istənilən məqamda mövqelərini dəyişdikləri kimi dinlərini də dəyişə bilərlər. Artıq bunun bir nümunəsi Trol Sadıqlının timsalında məlum oldu. Daha bir nümunə ABŞ-da yaşayan Sevinc Osmanqızının fəaliyyətində görünməkdədir. Düzdür, bu məxluq Trol Sadıqlı kimi açıq şəkildə sifətini nümayiş etdirmir. Ancaq hərəkətləri və fikirləri onun kimə və nəyə xidmət etdiyini göstərir.
Sevinc Osmanqızı erməni sevdalısı olduğunu gizlədə bilməyəcək
Mövcud fakt ondan ibarətdir ki, Sevinc Osmaqızı açıq şəkildə erməni lobbisinin sifarişlərini icra edir. O, dəfələrlə Ermənistan hakimiyyətinin mövqeyinin “əsaslı” olduğunu bəyan edir, hətta utanıb-çəkinmədən “Paşinyan demokratik baş nazirdir və xalqının maraqlarına dəyər və hörmət göstən şəxsdir”, - deyə bildirir. Özünün TV-sində isə Azərbaycanın prinsipial mövqeyini müdafiə etməyi “lüzum bilməyən” Sevinc Osmanqızı Ermənistandakı revanşistlərin “arqument”lərini sadalayır. Azərbaycana qarşı çirkin kampaniyaya dəstək verən S.Osmanqızı ölkəmizin haqlı və ədalətli olduğunu, Ermənistanın separatizmə dəstək verdiyini ifadə edə bilmir. Bütün bunlar onu təsdiq edir ki, S. Osmanqızı Ermənistanın təbliğatçısı rolunu üzərinə bir missiya olaraq götürdüyünü gizlətmir. Hətta dolayısı ilə bununla fəxr etdiyinə eyham vurur. Niyə, səbəb nədir? Cavabı qısa və aydındır, maliyyə asılılığı və oturum iznindən məhrum olunmaq qorxusu. Əgər tələblər və sifarişlər yerinə yetirilməsə, S.Osmanqızı aylıq qazancdan, yüksək şəraitli yaşamdan məhrum olunar. Hətta ABŞ-dan Azərbaycana deportasiya olunar. Bu zaman etdiyi cinayətlərə və xalqa qarşı həqarətlərə görə, Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq. Hələ ki, S.Osmanqızı, ABŞ-da yaşayır və heç kim ona gözün üstə qaşın var demir. Əksinə, mükafatlar verilir, şəninə təriflər yağdırılır. Xoş münasibətdən məmnun qalan S.Osmaqızı erməni lobbisinə “dayı” deyir, Paşinyanın tör-töküntüsünə isə Makronsayağı “bacı” söyləyir. Lakin günün birində ABŞ-ın qaranlıq dairələri ondan imtina edəcək. Bu zaman S.Osmanqızı yanlış və səhv tapşırıqların qulu olduğunu anlayacaq. Bu zaman isə artıq gec olacaq. Məsəl var deyərlər, “keçən günə gün çatmaz, calasan günü-günə”.
İLHAM ƏLİYEV