Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Gürcüstan liderinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Bildirilib ki, seçki tarixi səsverməyə 60 gün qalmış rəsmən elan edilir. Seçki prosesi elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək. Namizədlər partiya siyahılarından seçiləcək. Qanunverici orqana ən azı 5% səs toplayan partiyalar daxil olacaq.
Mövsüm