AZ

Sudanda daşqınlar nəticəsində 140-a yaxın insan ölüb

Sudanda güclü yağışlar nəticəsində yaranan daşqınlar səbəbindən 140-a yaxın insan ölüb, daha 48 nəfər isə vəba xəstəliyindən dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi sosial şəbəkədəki rəsmi səhifəsində xəbər yayıb.

"Daşqın qurbanlarının sayı 138-ə çatıb, təbii fəlakət azı 10 ştatı əhatə edib", - açıqlamada deyilir.

Nazirlik şərq rayonlarında vəba xəstəliyinin artdığını da qeyd edib. Məlumata görə, indiyədək Sudanda 1 223 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.

"Vəba beş ştatda aşkarlanıb: Qedaref, Əl-Qezira, Kassala, Naqr ən-Nil və Xartumda. Bu ştatlarda xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün təcili olaraq təcrid mərkəzləri açılır", - nazirlik bildirib.

Seçilən
98
21
far.az

10Mənbələr