AZ

Frank Şveber parlament seçkilərinə şər atmaqdan məhrum edildi TƏHLİL

“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”

Azərbaycan bütün sahələrdə qazandığı uğurları ilə yeni zəfərlərə, qələbələrə imza atır. Bu vəziyyət ölkəmizin dünya miqyasında gücünün və qüdrətinin daha da artmasına yeni təkan verir. Söz yox ki, qazanılan qələbələrin təməlində Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasətin Fateh Sərkərdə, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır. Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin 15 iyul-15 avqust tarixləri arasında keçirdiyi seçkiöncəsi sorğunun nəticələrinə görə, Azərbaycan əhalisinin 91 faizi Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluğunu ifadə edib. Sorğu bir daha onu təsdiq edir ki, Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və Onun həyata keçirdiyi siyasəti birmənalı dəstəkləyir. Parlament seçkiləri isə müstəqil Azərbaycanın tarixində növbəti azad və demokratik seçki olacaq. Çünki bunun üçün dövlətin qətiyyətli siyasi iradəsi, xalqın birmənalı istəyi mövcuddur. Seçkilərin azad və demokratik şəraitdə keçirilməsinə yardımçı ola biləcək hallardan biri də 1000 -ə yaxın seçki məntəqəsində veb-kameraların quraşdırılmasıdır.”Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən səmərəli istifadə olunması səsvermə günü prosesləri əvvəldən axıradək fasiləsiz izləməyi, arasıkəsilmədən və geniş müşahidə aparmağı, şəffaflığın daha böyük miqyasda reallaşmasını təmin edir”. Bu fikriləri jurnalistlərə açılamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, müxtəlif aşkarlıq institutlarının seçkilərdə asan, rahat iştirakı və müşahidə baxımından Azərbaycan ən geniş imkanlar təqdim edən ölkələr sırasında birincilərdəndir.

Vlada Galan: “Seçkidə hansı partiyaya səs verəcəksiniz” sualına respondentlərin 73 faizi Yeni Azərbaycan Partiyasına səs verəcəklərini bəyan ediblər”

Əhalinin seçkilərə münasibəti, xüsusi ilə də aktivliyi seçki prosesini izləməyə hazırlaşan yerli və xarici müşahidəçilərdə məmnunluq yaradır. Mərkəzi Seçki Komissiyasında yerli tərəfdaşı ilə birgə “Exit poll” keçirmək üçün qeydiyyatdan keçən Oracle Advisory Group-un nümayəndəsi Vlada Galan keçirilən mətbuat konfransında bildirib ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin təşkili və gedişi yüksək səviyyədədir və insanlar seçki prosesində fəaldır. O bildirib ki, seçki öncəsi sorğu yerli respondentlər arasında cari ilin 29 iyul - 9 avqust tarixləri arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb: “Sorğu üzbəüz şəkildə, 3 mərhələdə 40 nəfər heyət tərəfindən təşkil edilib. Sorğuda iştirak edən respondentlərin 10 faizi 72 yaşdan yuxarı, 12 faizi 60-69 yaş, 13 faiz 50-59 yaş, 17 faiz 40-49 yaş, 31 faiz 30-39, cavab verənlərin 17 faizi isə 18-29 yaş aralığında idi. Həmçinin sorğuda iştirak edənlərin 39 faizini kişilər, 61 faizini isə qadınlar təşkil edib: “Azərbaycanda insan hüquqları qorunurmu ?” sualı ilə respondentlərin 97 faizi razılaşıb, 2 faiz razılaşmayıb, 1 faiz isə “əmin deyiləm” cavabını verib.

2013-cü ildən bəri seçki öncəsi sorğuda hər zaman indi qeyd edəcəyimiz sualı veririk və hər zaman yüksək cavab alırıq. Belə ki, “Azərbaycan elə bölgədə yerləşir ki, bura qeyri-sabit ərazidir. Lakin Azərbaycan sabitliyin adasıdır” fikri ilə respondentlərin 95 faizi razılaşıb, 3 faiz razılaşmayıb, 1 faiz isə “əmin deyiləm” cavabını verib”.

Vlada Galan seçkilərin qalibinin Yeni Azərbaycan Partiyası olacağını vurğulayıb. O qeyd edib ki, sorğu zamanı “Seçkidə hansı partiyaya səs verəcəksiniz ” sualına respondentlərin 73 faizi Yeni Azərbaycan Partiyasına səs verəcəklərini bəyan ediblər. Bütün bu kimi sorğular, eləcə də əhalinin seçki ilə bağlı fəallığı onu təsdiq edir ki, ölkəmizdə keçiriləcək parlament seçkiləri yeni bir zəfər seçkisi olacaq. Reallığı nə qədər ölkəmizə qarşı qərəzli olsalar da, əksər beynəlxalq təşkilatlarda təsdiq edirlər. 300-dən çox müşahidəçi ilə seçkilərə hazırlığı və seçki günündə məntəqələrdə seçkilərin gedişini izləmək üçün MSK-da qeydiyyatdan keçən ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu ilkin hesabatında seçkilərin təşkilindən və gedişindən razı qaldıqlarını bildiriblər. Diqqətçəkən məqam ondan ibarətdir ki, yerli və xarici müşahidəçilərin sentyabrın 1-də keçiləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müsbət fikirlər söyləmələri bəzi qüvvələri, xüsusilə də Avropadakı nasistlərin ideoloqlarını, eləcə də onların təsiri altında olanları ciddi narahat edib. Bu baxımdandır ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Frank Şvaber pis arvadlarsayağı hay-küy salıb ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunu tənqid edib, onları zəiflikdə, ümumi maraqları pozmaqda günahlandırıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən çəkinməyə çağırdığı halda özü və AŞPA nümayəndələrinin seçkiləri izləmək üçün Bakıya getmək istədiklərini bildirib. Hətta bunun üçün 50-yə yaxın AŞPA üzvünün siyahısının hazırlandığını, lakin Azərbaycan dövlətinin onların ölkə ərazisinə girişinə qadağa qoyduğunu söyləyib.

Frank Şveber “ermənilərin dostu” nominasiyasının qalibi oldu

Almaniyanın faşist dərnəklərinin əsas fəallarından olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Frank Şveber özünün X hesabında qeyd edib ki, demokratik ölkələrə giriş qadağaları yalnız terrorçulara və qatı cinayətkarlara şamil edilir: “Hesab edirəm ki, mənim Azərbaycana girişimə qoyulan qadağa daha çox qüsursuz diktaturanın əlamətidir”. F.Şveber onu da bildirib ki, “Almaniya noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransı öncəsi bəzi tədbirlər planlaşdırır”. Tədbirlərin nədən ibarət olacağını F.Şveber açıqlamasa da görünən ondan ibarətdir ki, Azərbaycan dövləti ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən AŞPA nümayəndələrinin seçki prosesini izləməkdən məhrum etməsi haqlı və əsas qərardır. Çünki AŞPA 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina edib. Gətirilən səbəblər də gülüş doğurur. Məsələn, iddia edilib ki, Azərbaycan guya Qarabağdan erməni sakinləri zorla çıxarıb. Halbuki, ortada bununla bağlı bir fakt belə yoxdur. 44 günlük Vətən Müharibəsindən sonra bölgəyə səfər edən BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələri belə bir faktın olmadığını açıqlayıblar. Digər rüsvayçı “səbəb” isə müxtəlif cinayətlər törədən və buna görə saxlanılan, lakin barələrində məhkəmə qərarı olmayan şəxslərin “siyasi məhbus” adlandırılmasıdır. Halbuki “siyasi məhbus” kimlərə şamil edildiyini heç avropalı deputatların özləri belə bilmirlər.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şveberin “Azərbaycan əleyhinə” səsləndirdiyi fikirlərə dair cavabında deyib:"Frank Şveberə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir”.

Ayxan Hacızadə onu da bildirib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şveberin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir: “Şveberin COP29 çərçivəsində Azərbaycana səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq”.

Bir sözlə, Azərbaycana qarı Avropanın bəzi nasist təmayüllü qüvvələrinin qərəzi ortadır. Bu qərəzi Almaniyanın faşist rejiminin fəllarından olan F.Şveberin timsalında icrasına cəhdlərlə kifayətləndiyini demək olamaz. Sadəcə, F.Şveber istifadə olunan alətlərdən biridir. Əsas icraçılar Fransanın, Almaniyanın hakimiyyət dairələrindədir. Xüsusilə, Azərbaycanın Fransanın müstəmləkəçiliyinə qarşı sərt addımlar atması və dünyanın əksər ölkələrinin bu addımları dəstəkləməsi Makron rejimini ciddi problemlərlə üz-üzə qoyub. Vəziyyəti öz xeyrinə dəyişmək və Azərbaycana qarşı uğursuz və əsasız qərarların qəbul edilməsinə nail olmaqla fəaliyyətində dönüş etməyə çalış. Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu da onu deməyə əsas verir ki, Şoltsun hakimiyyəti Makron iqtidarının əlində alətdir. Görünür, Almaniya 1939-cu il dönəminə qayıdır. Nəzərə almaq lazımdır ki, o dövrdə silahlanmaya üstünlük verən, lakin dövlət olaraq alçaldılmaqla susdurulan Almaniya faşist ideologiyasını yenidən inkişaf etdirməklə keçmişin qisasını almağa ümid edir. Bu məqsədlə hər il Almaniyanın dövlət büdcəsindən milyardlarla dollar faşist ideologiyasının təmsilçilərinə ayrılması təsadüfi sayıla bilməz. Yəni ehtimal ki, ayrılan maliyyə vəsaitləri nüvə silahlının hazırlanmasına xərclənilir. Hətta 2024-cü ilin fevralın 27-də dünyanın bir sıra nüfuzlu nəşrlərində belə bir informasiya dərc olundu ki, Almaniya nüvə silahı istehsal etməyi planlaşdırır. Bu isə təhlükədən də təhlükəlidir. Çünki faşizm atom silahını əldə edə bilsə, indidən dünyanın sonu çatdığını demək olar. Ona görə də, Frank Şveber kimi nasistlərin AŞPA-da Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla yanaşı, separatçı qərarın qəbul edilməsinə nail olunmaları onların öz xislətlərini nümayiş etdirmələrinin göstəricisidir.

İLHAM ƏLİYEV

Seçilən
221
7
sesqazeti.az

10Mənbələr