AZ

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı – Mübarizə Avroliqada davam edəcək(VİDEO)

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Tribunainfo.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək.
Bu komadalar arasında ilk matçda “Dinamo” 3:0 hesabı ilə qalib gəlib.
“Qarabağ” ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək üçün isə bu gün “Dinamo”ya 4 top fərqi ilə qalib gəlməlidir.
Çempionlar Liqası
Pley-off mərhələsi
28 avqust
Qarabağ (Azərbaycan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Marko Pyaça, 33. Mateus Silva, 53.
Qırmızı vərəqə: Kevin Medina, 88 (Qarabağ).
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Dinamo: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin.
Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə).
VAR: Stüart Attvell.
İlk oyun – 0:3.

Seçilən
54
25
tribunainfo.az

10Mənbələr