AZ

Ermənistan Qərbi Zəngəzurdakı ABŞ hərbi bazasının mövcudluğundan cəsarətlənib - NƏ BAŞ VERİR?

Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.Xatırladaq ki, ötən gün Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirmişdi ki, Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir. Nazir deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var:"Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, Ermənistanın ABŞ-la hərbi və hərbi-texniki sahədə əməkdaşlıq proqramı mövcuddur:"Bu proqramın bir hissəsi olaraq ABŞ tərəfindən Ermənistanın silahlandırılması davam edir. Paralel olaraq ABŞ hərbi bazasının Qərbi Zəngəzur ərazisinə yerləşdirilməsi də Ermənistan tərəfini bir qədər cəsarətləndirib. Daha əvvəl Rusiya ilə əməkdaşlıq edən Ermənistan Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməyə çalışırdı. İndi isə Qərbi Zəngəzurda yerləşən ABŞ hərbi bazasının mövcudluğundan cəsarətlənən Ermənistan məhz Naxçıvan istiqamətində atəşkəsi pozmağa və həmin ərazidə mövcud olan ABŞ ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Bunun üçün də intensiv bir şəkildə həm Naxçıvan, həm də Laçın istiqamətində təxribatlara yol verir".Ekspert qeyd edib ki, bütün bunlar Azərbaycanın səbrini daşırmağa və Ermənistana qarşı sərt addımlar atmasına hesablanıb:"Azərbaycanın proseslərə təmkinlə yanaşması Ermənistanı bir qədər də cəsarətləndirib. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatların qarşısını almaq üçün daha təsirli addımlar atmalıdır".Sputnik.az

Seçilən
154
50
dia-az.info

10Mənbələr