AZ

"Qərbin dəstəyi Ermənistanı aqressiv davranmağa sövq edir" - Hərbi ekspert

“Qərbin verdiyi hərbi, maliyyə və siyasi dəstək Ermənistanı bu ilin aprelindən sonra kifayət qədər aqressiv davranmağa sövq edib. ABŞ və Avropa İttifaqı ilə imzalanan hərbi akt sayəsində hazırda ABŞ və bəzi Qərb ölkələri Ermənistana həm aliyyə vəsaiti ayırır, həm də onu silahlandırır”.Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.O bildirib ki, ABŞ artıq Zəngəzurda hərbi baza qurmaq üçün Ermənistandan plasdarm kimi istifadə edir:“Bu isə Azərbaycan, Rusiya və İrana qarşı yönəlib. Ermənistan daha əvvəl konstitusiya dəyişikliklərinin zəruri olduğunu vurğulasa da, indi bu dəyişikliklərin yalnız üç il sonra həyata keçirilə biləcəyini açıqlayıb. Bu isə o deməkdir ki, dörd il ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan, hələ üç il də bundan sonra prosesi yubadacaq. Bu o deməkdir ki, yaxın üç ildə Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq niyyətində deyil”.Hərbi ekspertin sözlərinə görə, bu isə ərazidə mövcud olan gərginliyi bir qədər də artıracaq:“Bu üç il keçdikdən sonra konstitusiya dəyişikliyinə söz verən Nikol Paşinyan komandasının hakimiyyətdə olub-olmayacağı da kimsəyə bəlli deyil. Başqa sözlə desək, Paşinyan hökuməti Azərbaycanla sülh əldə etmək yox, silahlanmaq və prosesləri daha uzun müddətə uzatmaq niyyətindədir”.Ə.Verdiyev deyib ki, Azərbaycanın isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün gözləmək niyyəti yoxdur:“Bizim bu qədər uzun müddət Ermənistanın zəruri qərarlar qəbul etməsini gözləmək üçün nə həvəsimiz, nə vaxtımız, nə də niyyətimiz yoxdur. Ermənistan ya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, ya da Azərbaycan Ermənistanın silahlanmasına və dizi üstdən qalxmasına imkan verməyəcək”.

Seçilən
150
1
dia-az.info

10Mənbələr