AZ

Paraüzgüçümüz finala çıxa bilmədi - Paralimpiada

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Prosport.Az xəbər verir ki, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.

O, öz qrupunda 5-ci olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyindən, finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Seçilən
47
11
prosport.az

10Mənbələr