Novak Cokoviç ABŞ Açıq çempionatında yubiley qələbəsini qazanıb
Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti oyununu keçirib.
Təcrübəli idmançı II turda həmyerlisi Laslo Dyere ilə üz-üzə gəlib. Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:4, 6:4).
Beləliklə, serbiyalı raketka ustası ABŞ Açıq çempionatında 90-cı qələbəsini əldə edib. O, bütün Böyük Dəbilqə yarışlarında 90 qalibiyyət qazanan yeganə tennisçidir.