AZ

İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub

Bakı. Trend:

İcbari tibbi sığorta hesabına 2023-cü ilin avqust ayından cariilin avqust ayına kimi 145 transplantasiya əməliyyatı icraolunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, bu əməliyyatların71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyasıüzrə Agentliyin müqavilə bağladığı tibb müəssisələrində və SəhiyyəNazirliyinin tabeliyindəki Milli Hematologiya və TransfuziologiyaMərkəzində həyata keçirilib.

Qeyd edək ki, xəstəliyin diaqnostikası, reanimasiya vəstasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərmanvə tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qankomponentləri, qidalanma həm donor, həm resipiyent üçün icbaritibbi sığorta tərəfindən qarşılanır. Habelə, transplantasiya üçünbir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətintarifinə daxildir.

İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyitransplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiqolaraq 100, 150 və 20 müəyyən olunub.

Seçilən
88
10
az.trend.az

10Mənbələr