AZ

Lukaku "Napoli"yə transfer olub

Belçikalı forvard Romelu Lukakunun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu İtaliyanın "Napoli" klubu ilə rəsmi razılıq əldə edib.

Lukaku 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Roma"da keçirən hücumçu 47 oyunda 21 qol vurmağı bacarıb.

Seçilən
59
11
apa.az

10Mənbələr