AZ

Polisi yaralayan şəxs saxlanıldı

Polisi yaralayan şəxs saxlanıldı

İstanbulun Esenyurt qəsəbəsində ictimai asayişin mühafizəsi zamanı polislər tərəfindən saxlanılan şəxs polisin dayan əmrinə tabe olmayıb. İlk növbədə bıçaqla yoldan keçən vətəndaşı, daha sonra isə hadisəyə müdaxilə edən polis məmurunu yaraladığı üçün Mahir A. tutularaq həbsxanaya göndərilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-i, çərşənbə günü saat 19:30 radələrində Esenyurt Mehterçeşme rayonu Hacı Bayram Vəli küçəsində baş verib. İctimai asayişin qorunması zamanı şübhəli bilinən 45 yaşlı Mahir A. bıçaqla mülki şəxsə hücum edərək xəsarət yetirib.

Hadisəyə müdaxilə etmək istəyən polis məmuru B.B.-ni də bıçaqlayan Mahir A. hadisə yerindən qaçıb.

Hadisədən sonra polis şübhəli şəxsi axtarmağa başlayıb. Şübhəlinin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ünvanını öyrənən polis onu evində ələ keçirib. Saxlanılan şübhəli polis bölməsindəki ifadəsi tamamlandıqdan sonra məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Seçilən
149
34
sonxeber.az

10Mənbələr