AZ

Hansı cinayətlərə görə ömürlük həbs cəzası verilir?

Ömürlük azadlıqdan məhrumetmə ictimaiyyət tərəfindən cinayəti törədən şəxsin ömrünün sonunadək həbsxanadan çıxa bilməməsi kimi qəbul edilir.

Lakin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs müəyyən şərtlərə cavab verərsə, daha qısa müddətdə həbsdən azad oluna bilər.

Maraqlıdır, Azərbaycanda hansı cinayətlərə görə ömürlük həbs cəzası verilir?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ömürlük həbs cəzası bir çox ölkələrdə, xüsusilə də ölüm cəzası qadağan olan ölkələrdə tətbiq edilir:

"Bəzi ölkələrdə həm ölüm cəzası, həm də ömürlük həbs cəzası var. Lakin əsasən əksəriyyət ölkələrdə iki cəzadan biri tətbiq edilir. Avropa Şurasının üzvü olan ölkələrdə, o cümlədən Azərbaycanda ölüm cəzası qadağan olduğu üçün yalnız ömürlük həbs cəzası var”.

Hüquqşünas qeyd edib ki, çox ağır cinayətlərdə, terrorizmdə, dövlətə xəyanətdə, bəşəriyyətə cinayətdə ittiham olunanlara ömürlük cəza tətbiq edilir:

"Praktikada ölkəmizdə daha çox bir neçə qətli törətmiş şəxslərə bu cəza tətbiq olunur. Qanunda qadınlara, 18 yaşı tamam olmayan və hökm qəbul olunana qədər 65 yaşı tamam olan şəxslərə ömürlük cəza tətbiq oluna bilməz.

Ömürlük həbs cəzası almış şəxslər qanunda qeyd olunan müddət ərzində cəzalarını çəkdikdən sonra əfvə düşə bilərlər, bununla da onların cəza növü dəyişə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
26
cebheinfo.az

10Mənbələr