Rusiya ordusu ötən gecə Ukraynanın Sumı şəhərinin mülki infrastrukturuna aviazərbələr endirib.
Bakupost.az xəbər verir ki, hadisə nəticəsində yanğın baş verib, xəsarət alan və ölənlərvar.
Sumı Vilayət Hərbi Administrasiyasının Telegram kanalında yayılan məlumatda qeyd edilib ki, yanğın nəticəsində şəhərin bəzi mikrorayonlarında havada tüstü müşahidə olunub: vakansiya
“Ona görə də şəhər sakinlərindən xahiş olunur ki, pəncərə və qapıları möhkəm bağlasınlar və mümkünsə, düşmənin hücumunun nəticələri tam aradan qaldırılana qədər binaları tərk etməsinlərş Bütün fövqəladə hallar xidmətləri nəticələrin aradan qaldırılması üçün çalışır".
Sumı Vilayət Prokurorluğu isə bildirib ki, saat 01:30 radələrində düşmən Sumı şəhərindəki müəssisəyə hava zərbəsi endirib.
"İşğalçıların hücumu nəticəsində, ilkin məlumatlara görə, 9 nəfər xəsarət alıb", - deyə məlumatda qeyd olunur.
Sumı Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında müharibə qanunlarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı ibtidai istintaq aparılır.
Ukrayna Baş Prokurorluğundan bildirilib ki, hava zərbəsi nəticəsində uşaq qidası, şirələr, məişət kimyası və s. məhsulları istehsal edən müəssisə zərər görüb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Telegram kanalında bildirib ki, avqustun 30-na keçən gecə düşmən Krımdan “İskəndər-M” ballistik raketi atıb. Axtarsk və Kurskdan isə 18 ədəd “Şahed-131”lə hücuma keçib:
“Hava döyüşü nəticəsində 12 “Shahed-131/136” hücum PUA-sı vurulub, dörd PUA isə öz yerə düşüb”.
Oleşçuk həmçinin qeyd edib ki, Vinnits, Nikolayev, Dnepropetrovsk, Xerson və Sumı vilayətlərində hava hücumundan müdafiə vasitələri işləyir.
Daha sonra Sumı vilayətinin prokurorluğu hava hücumu zamanı yaralanan 48 yaşlı qadının xəstəxanada dünyasını dəyişdiyini bildirib.
Telegram kanalımız