AZ

Türkmənistan qazı Avropaya İrandan keçərək axacaq

Türkmənistan və İran enerji, gəmiçilik və gömrük əməkdaşlığını əhatə edən strateji sazişlər imzalayıb.

əsas məqam Türkmənistan qazının İrana tədarükü ilə bağlı razılaşma olub. Qaz İrana, oradan da Türkiyəyə, daha sonra isə SWAP əvəzetmə yolu ilə, yəni “türkmən brendini” qoruyub saxlayaraq Avropaya göndəriləcək.

Bildirilir ki, ikinci xətt İrandan İraqa keçəcək. Tehrandakı bu mühüm danışıqları şəxsən Türkmənistanın milli lideri, Türkmənistan parlamentinin sədri, ölkə prezidentinin atası Qurbanqulu Berdiməhəmmədov aparıb.

Sazişlərin əhəmiyyətini qeyd edən Berdiməhəmmədov İran prezidenti Məsud Pezeşkianı oktyabrda Aşqabada səfərə və şair Məhtumqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib.

Qurbanqulu Berdiməhəmmədovla birgə mətbuat konfransında Məsud Pezeşkian görüşdən məmnunluğunu bildirib: “Bu gün Türkmənistanın liderini qəbul etdiyimiz mübarək gün idi və aramızda yaxşı və səmərəli dialoq baş verdi”.

İran prezidentinin sözlərinə görə, imzalanmış strateji sazişlər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq. “Ümid edirik ki, imzalanmış sazişləri həyata keçirmək üçün tezliklə Aşqabadda onunla görüşəcəyik”, – İslam Respublikasının İRNA xəbər agentliyi bildirib.

Qurbanqulu Berdiməhəmmədov, öz növbəsində, Türkmənistan-İran əməkdaşlığının dinamik xarakterini vurğulayaraq deyib ki, əldə olunmuş razılaşmaların icrasına nəzarət, onların səmərəli icrasını təmin edəcək birgə komissiya yaradılacaq.

Musavat.com

Seçilən
118
20
editor.az

10Mənbələr