«Qarabağ» Çempionlar Liqasının pley-off mrhələsindəə bir küncə sıxılıb qaldı.
Burada illərin təcrübəsi köməyə çatmalı idi.
O təcrübə dad döydü, həyacan imkan vermədi. Juninyo, Benzia, Bəhlul, Zubir, Patrik və digərlərinin qaçırdığı fürsətlərin, qapının üstündən, yanından keçən topların ahı tutdu «Qarabağ»ı.
Bakıda bir daha saç-baş yolduq. Olmaz e, belə, olmaz!
Tilovu at suya, saatlarla otur gözlə, balıq qırmağa keçsin, sahilə çıxarmağa başla, sürüşüb qayıtsın yerinə - bu cür bitmədi axı iki tamaşa. «
Dinamo» ilə hər iki qarşılaşma bir xətt üzrə tamamlandı. Ərazi üstünlüyü, yaradılan qol fürsətləri tam mənzərəni əks etdirmədi.
Ser Aleks Ferqyussonun statistika barədə söylədiklərinə bir daha qatılram.
Dahi deyib ki, statistika mini ətək kimi bir şeydir, çox şeyi göstərsə də, hər şeyi göstərmir.
«Qarabağ» cütün müqəddəratını Zaqrebdə nöqtələməli idi. 0:3-dən sonra əslində, Bakıya çox az şey qalmışdı.
«Dinamo» ilk oyunda «Qarabağ»»ı ciddiyə almamışdı, ona qarşı tam qapanmağı özünə yaraşdırmamışdı, açıq oynamışdı.
Bu, şans demək idi və o şans da təkrar-təkrar «Qarabağ»ın ayağına, başına «gəl, başına dönüm, gəl!» demişdi.
Şans deməyində olsun, hə, amma nə olsun?!
ELNUR