Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı həbs edilib.Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.Məlumatda deyilir ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, Məmmədli Rüstəm Ağali oğluna Cinayət Məcəlləsinin 32.3, 179.3.2 (külli miqdarda mənimsəmədə iştirakçılıq), 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta