AZ

Misli Premyer Liqası: "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib

Misli Premyer Liqasında V turun daha bir oyunu keçirilib. Günün ikinci oyununda Sumqayıtın eyni adlı klubu doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç "gənclik şəhəri" təmsilçisinin qapısına vurub. Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin rəhbərlik etdiyi klub xallarının sayını 7-yə çatıdırb.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
41
10
cbcsport.az

7Mənbələr