AZ

“İstirahətdən sonra dənizi zibilləyənlər baxıb utanacaqlarmı?” - VİDEO

"Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq, kimlərinsə hara gəldi atdığı zibillərlə. İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən?"

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, hər kəs tullantıları ətrafa atmamağa vərdiş etməlidir: "Bir az məsuliyyət hissi olsa, bəlkə... Sürücü içdiyi suyun qabını, dondurma yeyən böyük-balaca onun kağızını, istirahətə gələn yeyib-içdiyini yerə atmaz... Amma əfsus ki, atırıq. Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız..."

İ. İbrahimova bir həftə əvvəl tullantıları təmizlədikləri eyni ərazidən görüntülər də paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
10
day.az

10Mənbələr