Ermənistan Azərbaycanla avtomobil yollarını açmağa hazırdır.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
“Ermənistan günü sabah Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrini açmağa hazırdır”, - o deyib.
Baş nazirin sözlərinə görə, rəsmi İrəvan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır.