AZ

İcra başçısının Eldar Əzizovun eks-katibəsinin qızını işə götürməsi narazılıq yaratdı — İDDİA

Nizami rayon İcra Hakimiyyətində çalışan işçilər başçı Coşqun Cəbrayılov tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalır. 

Bizim.Media xəbər verir ki, bu barədə demokrat.az-a Nizami RİH-də çalışan əməkdaşlardan məlumat daxil olub.

Məlumatda iddia olunur ki, Coşqun Cəbrayılov rayona başçı təyin olunandan sonra işçilər arasında ruh düşkünlüyü və motivasiyanın aşağı olması halları yaranıb. 

Məlumata görə, burada çalışan işçilər arasında fərq qoyulması köhnə və yeni işçilər arasında qruplaşma yaradıb. Vəziyyət o həddə çatıb ki, işçilər özlərinə yeni iş axtarışındadırlar. 

İddia edilir ki, Coşqun Cəbrayılov vəzifəyə təyin olunduqdan sonra təcrübəli və işində heç bir qüsuru olmayan işçiləri vəzifəsindən azad edərək, əvəzində dövlət qulluğuna yararsız olan, Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun ailə sürücüsünün oğlu Rəşid Musayevi, hazırda Bakı şəhər İcra Hakimiyyətində Ümumi şöbədə işləyən, vaxtilə Eldar Əzizovun katibəsi olmuş Sevda Baxşıyevanın qızı Seyla Baxşıyevanı işə götürdüyü məlum olub.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə 1 aydan çoxdur ki, informasiya sorğusu ünvanlasa da ancaq suallarımız cavabsız qalıb.

Xatırladaq ki, bu yaxınlarda Nizami RİH başçının köməkçisi Rauf adlı şəxsin özünü asaraq intihar etməsi barədə mətbuatda yayılmışdı. 

Bizim.Media

Seçilən
51
11
bizim.media

10Mənbələr