AZ

Ən yüksək fəallıq Xankəndi seçki dairəsində olub

Bu gün keçirilən növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, saat 12:00-a olan məlumata görə, ən yüksək seçici fəallığı 122 saylı Xankəndi seçki dairəsində müşahidə olunur. Bu dairədə qeyd olunan saata qədər seçici fəallığı 32,6% olub.

Həmçinin, 103 saylı Şəmkir kənd seçki dairəsində 28.7%, 102 saylı Şəmkir şəhər seçki dairəsində 28.5%, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 28 faiz seçici fəallığı müşahidə olunub. 

Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Həmin dairədə seçici fəallığı 7,5% olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
5
qafqazinfo.az

10Mənbələr