"Mançester Yunayted" heyətinə yeni futbolçu qatıb.
QOLaz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Manuel Uqarteni transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Manuelin son klubu Fransa PSJ-si olub.