UEFA, Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Malmö” klubunu cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, bu cərimə İsveç təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Sparta” komandası ilə evdə oynadığı ilk qarşılaşmada baş verən insidentlərdən irəli gəlib.
Azarkeşlərin həmin oyunda pirotexnika vasitələrindən istifadə etməsi nəticəsində “Malmö” 38 000 avro məbləğində cərimələnib.
“Qarabağ” isə bu rəqiblə növbəti görüşünü oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.