AZ

Səsvermə başa çatdı

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00 üçün açıqladığı məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
18
iqtisadiyyat.az

10Mənbələr