Türkiyə 1-ci liqasında 4-cü turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” öz meydanında “İstanbulspor”la qarşılaşıb. Görüş Ankara təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Əsas heyətdə meydana çıxan Dadaşov əvəzlənmədən meydanda olub. O, komandasının ilk qolunun müəllifi də olub. Bu, Dadaşovun “Ankaragücü” forması ilə 2-ci qolu olub.