AZ

Türk şirkəti Türkmənistanda qaz kompressor stansiyası tikəcək

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov “Türkmənqaz” dövlət konserni ilə Türkiyənin “Çalik Enerji” şirkəti ilə yeni qaz-kompressor stansiyasının layihələndirilməsi və tikintisi üzrə müqavilə bağlamağa icazə verən fərman imzalayıb. Trend xəbər verir ki, bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.

Fins.az xəbər verir ki, Sənədə əsasən, şirkət həmçinin stansiyanı lazımi avadanlıqla təchiz etməli və istismara vermə işlərini həyata keçirməlidir. Bundan əlavə, müqavilə ümumi şəbəkəyə qoşulmaqla obyekt üçün xarici təchizat mühəndis sistemlərinin və elektrik, qaz, su təchizatı, rabitə və kanalizasiya qurğularının yenidən qurulması və ya yeni tikintisini nəzərdə tutur.

Qaz kompressor stansiyası Məryəm vilayətində (rayon) tikiləcək. Sənəddə tikinti işlərinə 2024-cü ilin sentyabrında başlanması və obyektin 2026-cı ilin sentyabrında tam istifadəyə hazır olması nəzərdə tutulur.

“Calik Enerji” həmçinin, ölkənin Balkan vilayətinin (bölgəsinin) Türkmənbaşı rayonunda Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə elektrik stansiyası tikəcək. Onun 2027-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
16
fins.az

10Mənbələr