AZ

Mehriban Zəki yeni mövsümə belə hazırlaşır

Avropa tətilini başa vurub Bakıya işlərinin başına dönən Xalq artisti Mehriban Zəki imicini yeniləyib. 

OLAY yazır ki, gözəllik mərkəzlərinin birində sənətçi saçlarına əl gəzdirib.

Bununla bağlı Mehriban sosial şəbəkə hesabında paylaşım edib.

Baxım prosedurundan çəkdiyi görüntülərini instaqram səhifəsində izləyiciləri ilə bölüşən Zəki “Yeni mövsümə hazırıq. Saç ustam isti yaydan zədələnmiş saçlarıma həyat verdi” şərhini yazıb.

Qeyd edək ki, M.Zəki yeni mövsümdən etibarən Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq “Azərbaycan Atabəyləri” serialında Şəmsəddin Eldənizin zövcəsi Möminə Xatu rolu ilə tamaşaçıların qarşısına çıxacaq.  

Seçilən
125
28
olay.az

10Mənbələr