AZ

Utziqin 100-cü oyunu

"Zirə"nin futbolçusu Rafael Utziq ölkə çempionatlarında 100-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı legionerin yubileyi Misli premyer-liqasının 5-ci turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.

28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq 100 matçda 18 qola imza atıb.

Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”də 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.

Seçilən
59
5
football-plus.az

10Mənbələr