AZ

Öz dairələrində lider olan partiya sədrləri ADLAR

Sentyabrın 1-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, bir sıra partiya sədrləri öz dairələrində lider olmağı bacarıblar. 

Bizim.Media-nın araşdırmasına görə, 7 partiyanın sədri VII çağırış Milli Məclisin deputatı olmaq şansı qazanıblar.

Həmin partiya sədrlərinin siyahısını təqdim edirik:

Elşad Musayev

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 57 faiz səslə birinci olub.

Asim Mollazadə

22 saylı Nəsimi-Yasamal seçki dairəsi Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib gəlib. O, seçicilərin 58 faizinin səsini toplayıb.  

Fazil Mustafa

26 saylı Sabunçu birinci seçki dairəsindən isə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 49,5 faiz səslə qələbə çalıb.

Arzuxan Əlizadə

27 saylı Sabunçu ikinci seçki dairəsinin qalibi isə AMİP sədri Arzuxan Əlizadədir. O, səslərin 43,3 faizini toplayıb.

Qüdrət Həsənquliyev

36 saylı Xətai-Suraxanı dairəsinin lideri Ədalət və Hüquq Partiyasının sədri Qüdrət Həsənquliyevdir. O, 53,1 faiz səslə birinci olub. 

Razi Nurullayev

81 saylı İmişli seçki dairəsindən lider namizəd Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir. O, 48,4 faizlə sözügedən dairənin lideri olub.

Elşən Musayev 

116 saylı Qəbələ seçki dairəsindən isə Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev 52,5 faiz səslə növbəti dəfə Milli Məclisdə təmsil olunmaq şansı qazanıb. 

Seçilən
147
33
demokrat.az

10Mənbələr