AZ

Roman Saley finala çıxa bilmədi - Paris-2024

Azərbaycanın paraüzgüçüsü Roman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyib.

Prosport.Az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında mübarizə aparıb.

S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Roman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Seçilən
97
4
prosport.az

5Mənbələr